FHN: Ötən sutka 46 yanğına çıxış olub, 15 nəfər xilas edilib – VİDEO

Cəmiyyət


Ötən sutka ərzində 46 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 15 nəfər, o cümlədən Qax rayonunda qəflətən sel gəlməsi nəticəsində “QAZel” markalı yük avtomobilinin Əmircan çayında batması nəticəsində təhlükəli vəziyyətdə qalan bir nəfər və Naxçıvan şəhərində dərəyə yıxılaraq köməksiz vəziyyətdə qalan bir nəfər xilas ediliblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir