Azərbaycanda evlilik məqsədi ilə qaçırılan məktəbli qız ailəsinə verildi

Cəmiyyət


Salyan rayonunda qaçırılan məktəbli qızın yeri müəyyən edilib. 

Oxu.Az-ın məlumatına görə, 15 yaşlı qız tapılaraq ailəsinə verilib. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat Oxu.Az-a təsdiqlənib. 

Bildirilib ki, iyunun 6-da Salyan rayonunun Qarabağlı kənd sakini S.Cavadov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək övladının həmkəndlisi M.Qurbanov tərəfindən qaçırıldığını bildirib:

“Daxil olan məlumatla əlaqədar polis şöbəsinin əməkdaşları tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib, onların yeri müəyyən edilərək RPŞ-yə gətiriliblər. 15 yaşlı qız ailəsinə təhvil verilib. Faktla bağlı Salyan RPŞ-nin İstintaq Bölməsində araşdırmalar davam etdirilir”.

Qeyd edək ki, qız rayonun Qarabağlı kənd 2 saylı tam orta məktəbinin IX sinif şagirdidir

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir