Gədəbəydəki istirahət mərkəzində Bakı sakininin meyiti tapıldı

Cəmiyyət


Gədəbəydə yerləşən istirahət mərkəzlərindən birində meyit aşkarlanıb. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Slavyanka kəndində qeydə alınıb.

Bakı şəhər sakini olan 1966-cı il təvəllüdlü Vaqif Məmmədovun kənddə yerləşən istirahət mərkəzlərinin birində meyiti aşkar edilib. 

İlkin məlumata görə, mərhum ürək çatışmazlığından dünyasını dəyişib. 

Ölümün səbəbləri araşdırılır.

Samir İsayev

www.102info.az

Spread the love