Taksilərlə bağlı hansı yenilik tətbiq olunacaq? – AÇIQLAMA + VİDEO

Cəmiyyət


Azərbaycanda taksi fəaliyyəti, sərnişindaşıma və yükdaşıma ilə bağlı yeni qaydalar müəyyənləşəcək.

Xezerxeber.az xəbər verir ki, bununla bağlı Milli Məclisə “Avtomobil nəqliyyatı haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklər layihəsi daxil olub.

Millət vəkili Rüfət Quliyev layihənin parlamentin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin iyunun 12-də keçiriləcək iclasında müzakirə olunacağını deyib.

Deputat qeyd edib ki, qaydaların dəyişməsini aktuallaşdıran ən ciddi məsələlərdən biri də təhlükəsizliklə bağlıdır.

“Taksi şirkətlərinin çox olması qiymət siyasətinə də təsir edir”, – deyən Rüfət Quliyev qeyd edib ki, gediş haqqı məsələsinə dövlət nəzarəti olmalıdır.

O qeyd edib, yeni qaydalarda vahid qiymət siyasətinin tətbiqinə toxunulmur və burada məcburiyyət ola bilməz:

“Çünki, sahibkarlıq fəaliyyətinə müdaxilə az olmalıdır”.

Daha ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir