690 bal toplayan Mikayıl: “Altı ABŞ universitetindən qəbul almışam, amma oxuya bilməyəcəyəm” – YENİLƏNİB+FOTO

Cəmiyyət


“Qəbul imtahanının cavabları açıqlananda sevindim. Düzdür, imtahanda tam nəticə gözləyirdim. Mən imtahana ciddi hazırlaşmışdım. Nəticəmin yüksək olacağına da əmin idim”.

Bunu ölkə üzrə II ixtisas qrupu üzrə ən yüksək nəticə toplayan Mikayıl Cəfərli Oxu.Az-a açıqlamasında bildirib. O deyib ki, daim özünü inkişaf etdirməyə, dünyagörüşünü artırmağa çalışıb.

M.Cəfərli bildirib ki, Dövlət İmtahan Mərkəzinin növbəti imtahan şansından istifadə edəcək:

“Tarix və coğrafiya fənlərindən situasiya suallarında səhv etmişəm. İkinci dəfə də şansımı sınayacağam. Məqsədim tam 400 bal toplamaqdır. Mən Türkiyə universitetlərinə də sənəd vermişəm, eyni zamanda, altı ABŞ universitetindən də qəbul almışam. Ancaq maddi problemlər səbəbi ilə ABŞ universitetlərindən birində təhsilimi davam etdirə bilmirəm. Alternativ olaraq da Bakı Ali Neft Məktəbi və ya Azərbaycan İqtisad Universitetini seçəcəyəm”.

Qeyd edək ki, M.Cəfərli buraxılış imtahanında 296,7, qəbul imtahanında isə 394 bal toplayıb.

15:48

Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə 20-21 may 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarının nəticələri elan olunub. 

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb. 

Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni 394,0 bal toplayan Naxçıvan Respublikasının Şərur rayon Kürçülü kənd tam orta məktəbinin məzunu Mikayıl Cəfərli göstərib. 

O, imtahanın birinci mərhələsində 296,7 bal toplayıb. 

Hər iki mərhələnin cəminə görə II ixtisas qrupu üzrə ən yüksək nəticə (690,7 bal) də məhz Mikayıl Cəfərliyə məxsusdur.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir