AMEA-nın elmi institutlarına bu ildən magistratura qəbulu aparılmayacaq

Cəmiyyət


“Bu ildən Elm və Təhsil Nazirliyinin və AMEA-nın tabeliyində olan elmi müəssisələrin magistratura səviyyəsinə tələbə qəbulu aparılmayacaq”. 

Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini icra edən Yaqub Piriyev bildirib. 

Onun sözlərinə görə, elmi tədqiqat müəssisələri universitetlərlə birgə magistratura və doktorantura pilləsi üzrə mütəxəssislərin hazırlanmasında iştirak edəcəklər: 

“Bu ildən SABAH qruplarına 500 tələbə qəbul olunacaq. Yəni tələbə qəbulu azaldılmır. Sadəcə həmin müəssisələr mütəxəssislərin hazırlanmasında iştirak edəcək”. 

Müavin qeyd edib ki, magistratura üzrə proqnoz yerlərin sayı ötən illə müqayisədə 1000 nəfər artıb.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir