Nazir müavini: “Azərbaycanda peşə təhsili sahəsində islahatlar davam edir”

Cəmiyyət


“Azərbaycanda peşə təhsili sahəsində islahatlar davam edir”.

“Report” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini İdris İsayev “Bir Peşənin Sirri” festivalının açılışında deyib.

Onun sözlərinə görə, valideynlər övladlarının düzgün peşə seçməsinə kömək etməlidirlər:

“Pis, yaxud yaxşı peşə yoxdur. Sadəcə öz peşəni yaxşı bilmək önəmlidir. Bu gün bu festivalın əsas məqsədi peşə məktəblərini hamıya tanıtmaqdır. Hazırda peşə təhsili ilə bağlı işlər aparılır. İnanıram ki, 2026-cı ildə peşə təhsilini seçənlərin sayı bundan 2 dəfə çox olacaq”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir