Mən ölkəmizdə ən ilk özəl nəşriyyatlardan birini yaratmışam. Çətin günlər yaşamışıq, bütün müstəqil təşkilatlar kimi. Artıq 4 cü aydır Covid 19-un təhdidi altındayıq. Hər gün dəyişən karantin şərtləti belimizi sındırıb. Nə qonorar verə bilir, nə maaşları çatdırırıq.
Yataqda yox, ayaqda olduğumuza görə şükürlər edirəm. Məsələ bunda deyil, bu ağır günlərdə bir dəfə olsun bu dövlətin varlığını yanımda hiss etmədim. Yalnız pis fəaliyyəti ilə qəzəb yaratdı. 10 manatlıq kitab çatdırmağa gedən insanımızı 200 manat cərimə etdi. Dövlət yalnız cərimə etmək, həbs etmək, evlərə polis göndərmək üçün deyil! Guya sahibkarlğa yardım fondu var. Bir neçə dəfə yardım üçün müraciət etmişəm, ağzımı gedər gəlməzə döndəriblır. Güzəştli kreditləri banklar verir deyirlər. Banklar isə yardım fondunun razılıq məktubunu alın deyirlər.
İyrənc mühit yaratmısız. HAMINI diri-diri basdırmaq istəyirsiz? Əks halda yardım edərdiz. Dar gündə varlığınızı göstərərdiz. Hələ görün digər sahibkalıq sahələri nələr görürlər, hansı əziyyətlər çəkirlər?!.Bəs, o 4 milyardlıq yardım fondunu niyə yaratdınız, o yardımlar hara gedir?!
Şahbaz Xuduoğlu, “Qanun” Nəşrlər Evinin rəhbəri