Xaçmazda süd emalı sexinin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Cəmiyyət


Xaçmazda süd emalı sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, agentlik əməkdaşları tərəfindən Xaçmaz rayonu, Ağçay kəndində fəaliyyət göstərən, fiziki şəxs Azər Adıgözəl oğlu Sultanova məxsus süd emalı sexində keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.

Belə ki, sexin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi və çıxarışla təmin edilmədiyi, sanitar-gigiyena qaydalarına əməl olunmadığı, texnoloji ardıcıllıq prinsipinin pozulduğu və digər nöqsanlar müəyyən edilib. Həmçinin sexdə mənşəyi məlum olmayan süddən hazırlanmış və üzərində etiket məlumatları olmayan, ümumi çəkisi 1500 kq pendir aşkarlanıb. İstehsal edilən pendir məhsulundan nümunələr götürülərək müayinələrin aparılması məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib, sexin fəaliyyəti məhdudlaşdırılıb.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir