Həftəsonu yol-nəqliyyat hadisələrində altı nəfər ölüb

Cəmiyyət


Həftəsonu Azərbaycanda yol-nəqliyyat hadisələrində 6 nəfər ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, iyunun 10-11-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Nəticədə 6 nəfər ölüb, bir nəfər isə xəsarət alıb.

www.102info.az

Spread the love