Şahdağ Milli Parkında üç zubr balası dünyaya gəlib – FOTO/VİDEO

Cəmiyyət


İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Azərbaycanın Şahdağ Milli Parkına gətirilən zubrlardan üçünün balası dünyaya gəlib.

Oxu.Az-ın məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, artıq milli parkda zubr balalarının sayı 8-ə çatıb.

Qeyd olunub ki, balalar sağlamdır, yerli şəraitə uyğunlaşaraq sürüyə qoşulublar.

İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin birgə təşkilatçılığı ilə ölkəmizə Fransa, Belçika və Almaniyadan 36 baş Avropa zubru gətirilib. Hazırda zubrların sayı 44-ə çatıb.

Avropa zubru Azərbaycanın “Qırmızı Kitab”ının yeni çapdan çıxmış 3-cü nəşrinə daxil edilib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir