Samur-Abşeron kanalında batan yeniyetmənin meyiti tapılıb – FOTO/VİDEO

Cəmiyyət


Samur-Abşeron kanalında batan yeniyetmənin meyiti tapılıb.

“Report”un Şimal bürosunun məlumatına görə, su kanalının Xaçmaz rayonu, Armudpadar kəndindən keçən hissəsində, nəzarətsiz ərazidə batdığı ehtimal olunan 2013-cü il təvəllüdlü Məhəmməd Elsevər oğlu Pirsaatovun axtarışları başa çatıb.

Onun meyiti batdığı ərazinin yaxınlığında, FHN-in Xaçmaz Regional Mərkəzinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

www.102info.az