FHN Siyəzəndəki partlayışla bağlı məlumat yaydı – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyi Siyəzəndəki partlayışla bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, “112” qaynar telefon xəttinə Siyəzən şəhəri, T.İsmayılov küçəsində yerləşən çoxmərtəbəli binada partlayış baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Siyəzən Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən vətəndaşa məxsus ümumi sahəsi 42 kvadratmetr olan birotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən edilib. Partlayış dalğasının zərbəsindən mənzilin pəncərə çərçivələri yerindən çıxıb, divarlarda çatlar əmələ gəlib, mənzilə ciddi ziyan dəyib. Hadisə nəticəsində ikisi azyaşlı olmaqla üç nəfər vətəndaş xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

20:36

Siyəzəndə yaşayış binasında partlayış olub.

APA-nın məlumata görə, hadisə 51 saylı binada yerləşən mənzillərin birində qeydə alınıb.

İlkin məlumata görə hadisə zamanı 3 nəfər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq mühafizə orqanlarının və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb olunub. Sakinlər binadan təxliyə olunub.

Partlayışın səbəbi araşdırlır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir