Beyləqanda yeniyetmə qəza zamanı xəsarət alıb

Cəmiyyət


Beyləqan rayonunda 13 yaşlı yeniyetmə yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report”un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 2010-cu il təvəllüdlü Zaur Müşfiq oğlu Əliyev xəsarət alıb.

Yaralı Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.

Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love