Ukraynalı şagird: “Zərifə Əliyeva adına liseydə özümüzü evdəki kimi hiss edirik”

Cəmiyyət


“Bakıdakı Zərifə Əliyeva adına liseydə özümüzü evdəki kimi hiss edirik”.

“Report” xəbər verir ki, bunu Ukrayna məktəblilərindən ibarət qrup tərkibində Azərbaycanda səfərdə olan İrpen şəhərindəki Akademik Zərifə Əliyeva adına məktəbin 10-cu sinif şagirdi Qloriya Prudko jurnalistlərə açıqlamasında deyib.

“Məhz bu məktəbdə özünüzü evdəki kimi hiss edirsiniz, çünki onun öz ab-havası var və mən bunu hiss etdim. Məktəblərimiz çox oxşardır. Buranı çox bəyəndim”, – o qeyd edib.

Məktəbli əlavə edib ki, Azərbaycan və Ukraynanı çoxlu ümumi cəhətlər, o cümlədən xalqlarımızın mehribanlığı və qonaqpərvərliyi birləşdirir:

“İstəyirəm ki, biz əməkdaşlığı davam etdirək, şagirdləriniz və müəllimləriniz məktəbimizdə qonaq olsunlar”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir