Hacıqabulda pomidorla dolu yük avtomobili aşıb

Cəmiyyət


Hacıqabul rayonunda pomidorla dolu yük avtomobili aşıb.

“Report” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun Pirsaat kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, pomidorla dolu “QAZel” markalı yük avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə zamanı sürücü yüngül xəsarət alıb.

Maşında olan pomidorlar yola dağılaraq yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir