Dənizkənarı Milli Parkın ərazisində dekorativ bitkiləri korlayan şəxs cəzalandırılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, məhkəmə qərarı ilə 2003-cü il təvəllüdlü Varis Etibar oğlu Cəfərli barəsində 30 gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilib.
11:16
Bakı bulvarı ərazisində kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, əməli törədən Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.
www.102info.az