“Azərbaycan” qəzetinin çapı dayandırıla bilər”.
“Report” xəbər verir ki, bunu Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov iyunun 13-də parlamentin növbədənkənar sessiyası çərçivəsində keçirilən plenar iclasında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu gün “Azərbaycan” qəzetinə abunə olanların sayı azalıb:
“Hazırda abunə təxminən beş minə yaxındır. Halbuki 12 mindən yuxarı olduqda səmərə verir. Əgər heç bir dəstək olmasa, qəzetin çapı dayandırılacaq”.
www.102info.az