Naxçıvan şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə bu gün şəhərin mərkəzi küçəsində qeydə alınıb.
Avtomobil yolu keçən Naxçıvan şəhər sakinləri – 1985-ci il təvəllüdlü Günel İntiqam qızı Dünyamalıyeva və 1993-cü il təvəllüdlü Xədicə Məhərrəm qızı Qurbanovanı vurub. Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən hər iki şəxsin vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az