Gəncədə yanğın baş verib.
APA-nın məlumatına görə, hadisə Poçt qəsəbəsində qeydə alınıb.
Qəsəbədə yerləşən evlərin birində anidən yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-in yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı ev sahibi 1969-cu il təvəllüdlü Famil Məhərrəm oğlu Cabbarovun təzyiqi qalxıb və təcili tibbi yardım xidməti əməkdaşları tərəfindən ona ilkin tibbi yardım göstərilib.
Baş verən yanğın söndürülüb.
www.102info.az