Göygöl rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report”un məlumatına görə, Göygöl şəhər ərazisində yolu qarşı tərəfə keçmək istəyən 7 yaşlı T.Vəlizadəni avtomobil vurub.
Məktəbli müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az