ADY: “Şimal-Cənub nəqliyyat dəhlizindən beş ay ərzində 317 min tona yaxın yük daşınıb”

Cəmiyyət


“Şimal-Cənub nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsindən beş ay ərzində 317 min tona yaxın yük daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə üç dəfə çoxdur”.

Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova məlumat verib.

O bildirib ki, yol təsərrüfatı yeniləndikdən, sürət artdıqdan sonra daha çox müştərini cəlb edəcəyik:

“Söhbət hazırda təmir-bərpa işləri aparılan Sumqayıt-Yalama dəmiryol xəttindən gedir. Təmir işləri bitdikdən sonra bu istiqamətdə yüklər daha sürətlə daşınacaq”.

“Şimal-Cənub dəhlizi ona görə önəmlidir ki, paralel digər alternativ dəhlizlərdən fərqli olaraq burada yüklər Avropadan şimala, şimaldan Avropa və Fars körfəzinə əvvəl altı həftəyə çatırdısa, indi 20-25 günə çatacaq”, – deyə S.Nəzərova qeyd edib.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir