Döymə etdirən şəxslər qan donoru ola bilərlər

Cəmiyyət


“Döymə etdirən şəxslər qan donoru ola bilərlər”.

Oxu.Az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayımın qonağı olan qurumun mütəxəssis-eksperti, hematoloq Şəhla Şabanova deyib.

Onun sözlərinə görə, pirsinq və döymə etdirən şəxslər də qan donoru ola bilərlər, ancaq burada vacib şərt var:

“Pirsinq və ya döymə etdirən şəxslərin prosedurdan altı ay sonra müayinə olunaraq, infeksion xəstəliyə yoluxub-yoluxmadıqları aşkarlanmalıdır. Bu, çox önəmli məqamdır. Çünki elə xəstəliklər var ki, özünü dərhal büruzə vermir. Bu kimi prosedura müraciət edənlər diqqətli olmalıdırlar”.

Nəzrin Vahid

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir