Bakıda bina təhlükə saçır – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət


Fövqəladə Hallar Nazirliyi Bakıda təhlükə saçan bina barədə açıqlama verib.

FHN-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan görüntülərlə bağlı araşdırma aparılır:

“İctimaiyyətə məlumat veriləcək”.

Baş Prokurorluqdan isə saytımıza bildirilib ki, binanın prokurorluq işçiləri üçün tikilməsi onun prokurorluğun balansında olması demək deyil:

“Bəzi media və sosial şəbəkə səhifələrində Xətai rayonu, Ceyhun Həsənov, 81 ünvanında prokurorluq əməkdaşları üçün inşa olunmuş çoxmərtəbəli binanın infrastrukturu və saxlanması ilə bağlı müxtəlif problemlərin mövcudluğu barədə məlumatlar yayılıb.

Qeyd olunan bina prokurorluq işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə “Qayğı” mənzil-tikinti kooperativinin sifarişi əsasında podratçı tərəfindən inşa edilib və hazırda binanın saxlanması, kommunal və digər xidmətlər həmin MTK tərəfindən həyata keçirilir.

Qeyd olunan MTK-nın prokurorluq orqanları ilə hər hansı bağlılığı yoxdur”.

11:24

Bir qrup bina sakini narazıdır. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, 2022-ci ildən Xətai rayonu, Ceyhun Həsənov, 81 ünvanına köçdükdən bəri problemlərlə üzləşiblər: 

“Amma nəticə ala bilmirik. Bizim bina Baş Prokurorluq tərəfindən işçiləri üçün tikilib. Həmin işçilər də evi satıb, almışıq. Binada problemlər dəhşətli həddədir. Zirzəmidə daimi qrunt suları var, divarlar artıq erroziyaya uğramağa başlayıb, parklanma sahəsinə girirsən, biabırçılıqdır. Divarlar nəmişlik içindədir. Hər yer zibil tullantısı ilə doludur. Sahibsiz və ya hələ təmir olunmamış evlərin pəncərələri sökülüb yerə düşür. Hər küləkdə böyük parça şüşə düşür. Avtomobillərin üstünə düşməyi də olub. Şükür ki, hələ insan üstünə düşməyib”.

Qeyd edilib ki, problemlərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğu, Fövqəladə Hallar Nazirliyi, Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti və bir neçə başqa quruma dəfələrlə məktubla müraciət edilsə də, heç bir faydası olmayıb.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir