Azərbaycanda alim vəfat etdi – FOTO

Cəmiyyət


Görkəmli alim, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisad elmləri doktoru Dünyamalı Vəliyev dünyasını dəyişib.

Bu barədə AMEA-dan məlumat verilib

Bildirilib ki, D.Vəliyev 81 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, D.Vəliyev 1942-ci ildə Borçalı mahalının Qasımlı kəndində anadan olub. Onun iqtisadiyyat elminin inkişafında xüsusi xidmətləri olub. 12 kitabın, o cümlədən “Türkiyənin dövlət maliyyəsi və sosial-iqtisadi inkişafı”, “Qloballaşma şəraitində Azərbaycanın beynəlxalq bazarlara inteqrasiyası: təmayüllər, problemlər, perspektivlər”, “Türkiyə. Turqut Özal və iqtisadi möcüzələr”, “Azərbaycanın qlobal iqtisadiyyata inteqrasiyası”, “Türk dünyası qlobal iqtisadi inkişaf yollarında” və digər kitab və dərsliklərin, 60-dan çox elmi məqalənin müəllifi idi. Bakı, Moskva, Kiyev, Tbilisi, Ankara, İstanbul, Bursa, Trabzon, Tehran, Tokio, Heydelberq şəhərlərində keçirilmiş konfrans, simpozium və seminarlarda Azərbaycan elmini layiqincə təmsil edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir