Azərbaycanda “turizmin yeni ünvanı” deyib işğaldan azad edilən bütün rayonlarımızın adını çəkə bilərik. Çünki torpaqlarımızın hər parçası gülüstandır. İnsanlar bu gözəllikləri görmək üçün can atırlar.
İlkin hesablamalara görə, işğaldan azad edilmiş ərazilərə 2025-ci ilə qədər bir milyona yaxın turistin gələcəyi planlaşdırılır. Tərtərin Suqovuşan qəsəbəsi də yüksək turizm potensialına malikdir.
“Qarabağ Gündəliyi”nin çəkiliş qrupu Suqovuşanda olub. Həm ərazinin turizm imkanları, həm də sakinlər üçün yaradılmaqda olan şəraitlə maraqlanıb.
Daha ətraflı İctimai TV-nin reportajında:
www.102info.az