Xaçmazda fəhlələri daşıyan mikroavtobus avtomobillə toqquşub: Xəsarət alanlardan biri uşaqdır

Cəmiyyət


Xaçmaz rayonunda fəhlələri daşıyan avtomobil qəzaya düşüb.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Xaçmaz-Quba yolunda qeydə alınıb.

Belə ki, “Ford” markalı mikroavtobusla KIA markalı minik avtomobili toqquşublar.

Nəticədə 1964-cü il təvəllüdlü Gülnarə Güloğlan qızı Xanəliyeva, 2016-cı il təvəllüdlü Şəlalə Əliağa qızı Tağıyeva, 1974-cü il təvəllüdlü Vəsilə Məlikməmməd qızı İmamova və 2001-ci il təvəllüdlü Rizvan Qurban oğlu Talıbov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onların rayonda yerləşən bağlardan birinə fəhlə kimi işləməyə getdikləri bildirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir