“Dövlət fondundan müvəqqəti yaşayış üçün mənzil və ya fərdi evlə təmin olunmuş məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdanda mənzillərini Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinə təhvil verirlər”.
Bunu Oxu.Az-a açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidməti Departamentinin rəhbəri İbrahim Mirzəyev deyib.
O bildirib ki, komitəyə təhvil verilən mənzillər ehtiyacı olan məcburi köçkün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına növbəlilik əsasında verilir.
Aytac Qasımova
www.102info.az