“Azərişıq” paytaxt və bölgələrdə elektrik enerjisinin talanması hallarını aşkarlayıb – VİDEO

Cəmiyyət


“Azərişıq” ASC həm əhali, həm də qeyri-əhali abonent qrupları arasında elektrik enerjisinin talanması halları aşkarlayıb.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.

“Azərişıq” ASC əməkdaşları sayğaclara baxış zamanı paytaxt Bakıda və regionlarda elektrik enerjisindən daha bir neçə qanunsuz istifadə halı aşkarlayıb.

Sabirabad rayonu ərazisində fərdi yaşayış evinin sayğacına baxış keçirilib. Məlum olub ki, sayğaca kənar xətt daxil olub.

Bakıda Nizami rayonu ərazisində avtoyuma və fərdi yaşayış məntəqəsinin sayğacına baxış zamanı elektrik enerjisindən qeyri-qanuni istifadə halı aşkarlanıb. Baxış keçirilən zaman məlum olub ki, fərdi yaşayış evinə məxsus elektrik sayğacının hər üç fazasının giriş və çıxış xətləri xüsusi naqil vasitəsilə şuntlanıb.

Biləcəri qəsəbəsində də iki ayrı fərdi yaşayış evində elektrik enerjisindən istifadədə qanun pozuntusu qeydə alınıb. Baxış zamanı sayğacdan kənar xəttin olduğu müəyyənləşib.

Xırdalanda fərdi yaşayış evlərində abonentlərin sayğacın giriş hissəsində elektrik naqilinə müdaxiləsi aşkar olunub. Kənar müdaxilə nəticəsində sayğac enerjinin istifadəsini düzgün qeydə ala bilmir.

Şirvan RETSİ ərazisinə daxil olan Neftçala rayonunda iki fərdi yaşayış evində sayğaca müdaxilə aşkar edilib. Evlərdən birində sayğac dövrədən kənarlaşdırılıb, digərində isə kənar xətt qoşulub.

Qazax rayonunda fərdi yaşayış evinin sayğacına baxış keçirilərkən məlum olub ki, abonent sayğacdan kənar xətdən istifadə edir. Analoji hal Sumqayıt şəhərində fərdi yaşayış evində də qeydə alınıb.

Qeyd edək ki, elektrik enerjisinin abonentlərə keyfiyyətli verilməsi və talanma hallarının qarşısının alınması məqsədi ilə “Azərişıq” ASC mütəmadi monitorinqlər keçirir. Qanunsuz istifadə aşkar olunduqda abonentlərin elektrik enerjisi təchizatı dərhal dayandırılaraq barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Həmçinin, həmin obyekt və müəssisələrin adları kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.

Abonentlər bilməlidirlər ki, uçotdan kənar qoşulmalar səbəbindən elektrik xətləri həddən artıq yüklənir. Nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyəti azalır və gərginliyin aşağı düşməsinə səbəb olur. Bu da abonentlərin keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsinə maneələr yaradır. Ən əsası isə belə hallar insanların həyat və sağlamlığı üçün təhlükəlidir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir