“Növbəti tədris ilində Füzulidə, Şuşada, Laçında və Zabuxda məktəblərimiz fəaliyyətə başlayacaq”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən məzun günündə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bu il həm də fərqli bir tədris ilinin olduğunu söyləyib:
“Bu il tədris ilinə Zəngilanda, Ağalı məktəbində də başlaya bildik. Artıq Azərbaycanın bir çox bölgələrində məktəblər tikilib tamamlanmaq üzrədir. Növbəti tədris ilindən Füzulidə, Şuşada, Laçında, Laçının Zabux kəndində məktəblərimiz fəaliyyətə başlayacaq. Biz buna çox inanırıq. Həmin məktəblərə zəng səsi qayıdacaq, həmin məktəblərə şagirdlərimiz və müəllimlərimiz qayıdacaq. Bu, bizi çox sevindirir”.
www.102info.az