Bakıda iki maşın toqquşdu: Xəsarət alanlar var – FOTO

Cəmiyyət


Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb və yolda tıxac yaranıb.

APA xəbər verir ki, qəza Heydər Əliyev prospektində baş verib.

Belə ki, “Cadillac” markalı nəqliyyat vasitəsini idarə edən sürücü sükana nəzarəti itirirərək eyni istiqamətdə olan “Hyundai” markalı maşına çırpılıb.

Qəza zamanı “Hyundai” yol ayrıcına dəyərək digər istiqamətə düşüb.

Hadisə nəticəsində üç nəfər xəsarət alıb. Əraziyə Təcili Tibbi Yardım briqadası cəlb edilib. Hazırda metronun Koroğlu stansiyasının qarşısından Böyük Şor istiqamətinə tıxac yaranıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb ediliblər.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir