Neftçala rayonunda yol-nəqliyyat hadisəsində xəsarət alan motosikletçi xəstəxanada ölüb.
“Report”un məlumatına görə, Neftçala şəhər sakini, 1954-cü il təvəllüdlü Cavanşir Xəlil oğlu Yusifov həkimlərin səyinə baxmayaraq, bu gün axşam saatlarında xəstəxanada dünyasını dəyişib.
Xatırladaq ki, hadisə mayın 18-də H.Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayonun Bankə qəsəbə sakini, 1995-ci il təvəllüdlü Məmmədov Əli İnqilab oğlunun idarə etdiyi motosiklet Neftçala şəhər sakini, 1954-cü il təvəllüdlü Yusifov Cavanşir Xəlil oğlunun idarə etdiyi motosikletlə toqquşub. Qəza nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Bir neçə gün bundan öncə Ə.Məmmədov da xəstəxanada ölüb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az