FHN: “Gəncədə subasmaya məruz qalmış yerlərdən su çəkilərək kənarlaşdırılıb” – FOTO/VİDEO

Cəmiyyət


Gəncə şəhərinin Yeni Gəncə və Sadıllı qəsəbələrində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması, həmçinin Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin artması ilə ətraf ərazilərə yaranan təhlükə ilə bağlı Fövqəladə Hallar Nazirliyin Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal müvafiq tədbirlərin görülməsinə başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd edilib ki, həyata keçirilmiş tədbirlər nəticəsində Yeni Gəncə və Sadıllı qəsəbələrində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Gəncə şəhərindəki süni göldə suyun səviyyəsinin azaldılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir