Tanınmış teleoperator Tural Qasımov vəfat edib.
Oxu.Az-ın məlumatına görə, Tural Qasımovun bu gün günorta saatlarında ürək çatışmazlığından dünyasını dəyişdiyi deyilir.
O, uzun müddət “Lider” və ATV kanallarında çalışıb. Sonuncu iş yeri isə APA TV olub.
Qeyd edək ki, vəfat edən Tural Qasımov tanınmış jurnalist İlqar Əlfioğlunun övladıdır.


www.102info.az