Xəstəliyinə görə yoldaşı tərk etdi, övladlarını görə bilmir: Cavidin yardıma ehtiyacı var – FOTO

Cəmiyyət


39 yaşlı Cavid Dadaşovun sizin dəstəyinizə ehtiyacı var.

Bu barədə Oxu.Az-a Cavid Dadaşovun özü məlumat verib.

O bildirib ki, böyrək çatışmazlığından əziyyət çəkir.

“Artıq iki ildir ki, böyrək çatışmazlığından əziyyət çəkirəm. Xəstəliyimin ilk dövrləri işləyib müalicələrimin bir qismini edə bilsəm də, günü-gündən ağrılarım artdığı üçün artıq işləyə də bilmirəm. İllərdir yaşadığımız kənddə ustalıq, fəhləliklə məşğul olmuşam. İndi xəstəliyimə görə heç kim iş də vermək istəmir. Günlük qidalanmağı, digər xərcləri anamın pensiyası ilə qarşılamağa çalışırıq. Müalicəmin bir kursu üçün 1 500 manata ehtiyacım var”.

Cavid Dadaşov bildirib ki, son bir ildə övladlarını görə bilmir.

“Artıq işləyə, ailəmə normal baxa bilmirəm deyə yoldaşım bir ildir ki, çıxıb atası evinə gedib. İki qız övladım var, inanın, bir ildə heç 2-3 dəfə üzlərini görə bilməmişəm. Onların yanında da çox xəcalətliyəm, ata kimi borclarımı yerinə yetirə bilmədiyim üçün. Yardımsevər şəxslərdən mənə dəstək olmalarını xahiş edirəm. Mən sağlamlığıma qovuşub ailəmi yenidən başıma yığıb yaşamaq istəyirəm. Bunun üçün sizin dəstəyinizə çox ehtiyacım var”.

Cavid Dadaşovla əlaqə: 055 498 40 63

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir