İki il əvvəl Xırdalanda partlayış baş verən binada niyə təmir işləri aparılmır?

Cəmiyyət


Abşeron rayonu, Xırdalan şəhərində bir neçə il əvvəl mənzildə qaz sızması nəticəsində baş verən partlayışdan sonra bina təmir edilməyib.

Bu barədə Oxu.Az-a ərazidə yaşayan sakinlər bildiriblər.

Qeyd edilib ki, Xırdalan şəhəri, 20-ci məhəllədə yerləşən beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində baş verən partlayışdan sonra dövlət qurumları tərəfindən təmir aparılmayıb.

Abşeron Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, layihə ilə bağlı qurum tərəfindən bütün sənədlər hazırlanıb.

Fövqəladə Hallar Nazirliyindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən binanın təmiri tender mərhələsindədir:

“Bu ayın sonuna kimi məsələ tam həllini taparsa, iyulun ilk ongünlüyündə ərazidə təmir işləri başlanacaq”.

Qeyd edək ki, 2021-ci ilin may ayının 22-də Abşeron rayonunun Xırdalan şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən ikiotaqlı mənzildə yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Nəticədə binaya zərər dəyib. 

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir