“İyulun 6-da 500-dən çox şagirdi olan məktəblərə direktorların işə qəbulu üzrə test imtahanı mərhələsi keçiriləcək”.
Oxu.Az-ın məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin İnsan Resursları Şöbəsinin müdiri Eşqi Bağırov bildirib.
O qeyd edib ki, test mərhələsindən uğurla keçən şəxslər müsahibəyə buraxılacaqlar:

“Hazırda məktəb direktorları üzrə ümumilikdə 400-dən çox vakant yer var”.
E.Bağırov əlavə edib ki, indiyə kimi 2 000-ə yaxın namizəd vəzifəyə təyin edilib.
İlhamə Əbülfət
www.102info.az