Monteneqronun baş nazirindən ÇAĞIRIŞ

Cəmiyyət


“Biz beynəlxalq universal dəyərlərə hörmət etməli və sülhə, təhlükəsizliyə töhfə verməliyik”. 

Oxu.Az-ın məlumatına görə, bunu Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında Monteneqronun Baş naziri Dritan Abazoviç deyib. 

O bildirib ki, aqressiya, zorakılıq qəbuledilməzdir.

“Bu gün qlobal məkanda güclü əməkdaşlığa ehtiyac var. Bizim Azərbaycanla yaxşı əlaqələrimiz var. Bizim ölkələr həmişə universal dəyərlərə hörmət edirlər”, – deyə o əlavə edib.

Baş nazir bildirib ki, Qoşulmama Hərəkatı böhranların həll yolunun tapılması üçün  müzakirələr platforması təklif edir. 

O, Azərbaycanın Hərəkat çərçivəsindəki  təşəbbüsləri dəstəklədiklərini də vurğulayıb.

www.102info.az

Spread the love