Tanınmış teleaparıcı, Əməkdar jurnalist Nəsimi Nəbizadə yenidən Azərbaycan Televiziyasında (AzTV) işə düzəlib.
Bu barədə Bakupost.az-a Əməkdar jurnalist özü bildirib.
O qeyd edib ki, bundan sonra AzTV-də Xəbərlər redaksiyasında çalışacaq:
“Saytınıza müsahibəmdən sonra bir sıra iş təklifləri aldım. Yenidən AzTV-yə qayıtdım. Bunun üçün hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, N.Nəbizadə müsahibəsində jurnalistikadan uzaqlaşdığı son 3-4 ildə başına gələnlərdən, üzləşdiyi çətinliklərdən danışmış, yenidən jurnalistikaya qayıtmaq arzusunda olduğunu bildirmişdi.
N.Nəbizadə uzun illər AzTV-də xəbər aparıcısı olaraq çalışıb. Oradan uzaqlaşdıqdan sonra APA İnformasiya Agentliyində fəaliyyət göstərib.
www.102info.az