Abşeronda balta ilə xəsarət alan şəxs vəfat etdi – VİDEO

Cəmiyyət


İyulun 3-də Digah və Mehdiabad qəsəbələri ərazisində balta ilə xəsarət yetirilən 4 nəfərdən daha biri dünyasını dəyişib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, xəsarət alanlardan 1955-ci il təvəllüdlü Hicran Sərrac oğlu Həşimov da tibbi müdaxilələrə baxmayaraq, iyulun 4-də xəstəxanada ölüb.

Qeyd edək ki, hadisə günü 1974-cü il təvəllüdlü Sərxan Həşimovun aralarında yaranmış mübahisə zamanı Digah qəsəbəsi ərazisində əmisi Hicran Həşimov, əmisinin arvadı Zümrüd Haşımova və əmisi qızı Xəyalə Kərimovaya, Mehdiabad qəsəbəsi ərazisində isə Ələsgər Hüseynova balta ilə xəsarətlər yetirərək onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Zümrüd Haşımova isə ötən gün aldığı xəsarətlərdən xəstəxanada ölüb. Digər şəxslərin vəziyyəti ağır olmaqla müalicələri xəstəxanada davam etdirilir.

Sərxan Həşimov faktla bağlı rayon prokurorluğunda başlanmış cinayət işi üzrə Cinayət Məcəlləsinin 120.1 və 29, 120.2.7-ci maddələrilə (qəsdən adam öldürmə, iki və ya daha çox şəxsi öldürməyə cəhd) şübhəli şəxs qismində tutulub. 

İbtidai istintaq davam edir. 

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir