Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vuran M.Ə. (ad, soyadı şərti) cərimələnib.
“Report”un əldə etdiyi məlumata görə, bu barədə Səbail Rayon Məhkəməsində qərar qəbul edilib.
Qərara əsasən, qadının azyaşlı uşağının olması nəzərə alınaraq o, 75 manat məbləğində cərimə edilib.
11:00
Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Oxu.Az-a bildirib ki, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb.
O, izahatında törətdiyi əməli etiraf edib.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
www.102info.az