Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Sumqayıtda qadının doğum evində ölməsi ilə bağlı məsələyə münasibət bildirib.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qadın səhər saatlarında vəfat edib:
“Abşeron rayonu Ceyranbatan qəsəbəsi sakini 1985-ci il təvəllüdlü Günel Əhəd qızı Fəttayeva 4 iyul saat 04:20 radələrində Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Perinatal Mərkəzinə təcili tibbi yardım avtomobili ilə natamam düşük, 12 həftə hamiləlik, 3-cü dərəcəli kəskin posthemarrogik şok, uşaqlıqda üç çapıq və uşaqlıq divarının zədələnməsi diaqnozu ilə daxil olub. Ağır vəziyyətdə xəstəxanaya daxil olan xəstə tibbi müdaxilələrə baxmayaraq, 08:35-də dünyasını dəyişib”.
Qeyd edilib ki, qadının nəşi təşrih üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
15:14
Sumqayıtda qadın doğum evində ölüb.
Lent.az-ın məlumatına görə, 37 yaşlı G.Fəttayeva yaşadığı evdə dərmanla hamiləliyini pozmağa çalışıb. Onun övladını tələf etmək istəyi qanaxmaya səbəb olub.
Nəticədə o, ağır vəziyyətdə Perinatal Mərkəzə daxil olub. Lakin burada onun həyatını xilas etmək mümkün olmayıb.
Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, iyulun 4-də 1985-ci il təvəllüdlü Günel Əhəd qızı Fəttayevanın Sumqayıt Perinatal Mərkəzində cərrahiyyə əməliyyatı zamanı ölməsi faktı üzrə araşdırma aparılır.
İlhamə Əbülfət
www.102info.az