Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda ölümlə nəticələnən bədbəxt hadisənin başvermə səbəbi məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1960-cı il təvəllüdlü Həsən Ağayev Dəstə kəndində yerləşən evinin həyətindəki quyuda quraşdırılmış su mühərrikini təmir etmək istəyib. O, quyuya endikdən sonra orada yaranmış oksigen çatışmazlığı səbəbindən boğulmağa başlayıb. H.Ağayev quyunun dibində hava çatışmazlığından dünyasını dəyişib.
Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, H.Ağayevin meyitini Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çıxararaq təhvil veriblər.
www.102info.az