“Ağacları yazaraq, budağını qopararaq, sadəcə, özümüzə zərər vurmuş oluruq” – RƏY + FOTO

Cəmiyyət


“Ətraf mühitə qarşı laqeydliyimiz birbaşa olaraq öz sağlamlığımıza vurduğumuz ziyandır. Biz ətraf mühiti qorumaqla, birbaşa olaraq həm də öz sağlamlığmızı qorumuş oluruq.

Ağacları yazaraq, budağını qopararaq sadəcə özümüzə zərər vurmuş olarıq”.

Bu fikirləri “Report”a açıqlamasında Biosfer İctimai Birliyinin sədri, ekoloq Qorxmaz İbrahimli ağaclara, təbiətə qəsdən vurulan zərərlərlə bağlı danışarkən deyib.

O bildirib ki, bu kimi hadisələrin baş verməsi çox ağrılı məsələlərdəndir:

“Təbiətə ziyan vurmaq, ağaclara adımızı yazmaq, ağacların qabığını qopartmaq və s. kimi hadisələrin kökündə isə maarifləndirilmənin ciddi formada aparılmaması dayanır. Bu problem ibtidai təhsildə aparılan zəif maarifləndirmə işləri, həm də bizim ibtidai təhsillə bağlı olan zəifliyimizin göstəricisidir. Bu isə müəyyən yaşdan sonra təzahür edir. Qeyd etmək istəyirəm ki, ilk olaraq maarifləndirmə işlərinə bağçadan başlanılmalıdır. Əgər biz bağçadan başlayaraq bunu uşaqlarımıza öyrətsək, uşaqlarımız da böyüklərimizi təbiətə zərər vurmaqdan çəkindirəcəklər. Uşaqlarımız bizə irad tutduqca biz valideynlər də yəqin ki, özümüzü tərbiyələndirməyi bacaracağıq. Belə olduğu halda isə təbiətə qarşı daha həssas, daha diqqətli bir cəmiyyət formalaşacaq”.

Qorxmaz İbrahimli

Ekoloqun sözlərinə görə, təbiəti qorumaqla həm də birbaşa öz sağlamlığmızı qorumuş oluruq:

“Digər tərəfdən də düşünməliyik ki, əgər bir qadın və ya kişi təbiətə ziyan vurursa, digər tərəfdə bizim süpürgəçilərimiz təbiəti qoruyur və təmizlik işləri ilə məşğul olurlar. Bu mənada bizim maariflənməyimiz doğrudan da, çox vacibdir. Ona görə, mən insanları daha diqqətli olmağa səsləyirəm. Təbiəti qorumaq, ona qayğı ilə yanaşmaq lazımdır. Ağacları yazaraq, budağını qopararaq sadəcə özümüzə zərər vurmuş olarıq. Təsəvvür edin, hansısa ağaca insanlar gəlib hərəsi öz baş hərifini yazsa, həmin ağac çox qısa bir müddətdə quruya bilər. Bunu etməklə biz həm də sanki aldığımız havanın qarşısını almış oluruq. Bol oksigen qəbul etmək, təbiəti qorumaq və diqqətli olmaq öz əlimizdədir”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir