Sabirabadda ailə faciəsi

Cəmiyyət


Sabirabad rayonunda intihar hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Yolçubəyli kənd sakini, 33 yaşlı Samir Quliyev iyulun 2-si axşam saatlarında üzərinə benzin tökərək özünü yandırıb. Hadisə zamanı Samirin atası Sabir Quliyev və qardaşı Sabit Quliyev onu xilas etməyə çalışıblar və söndürməyə nail olublar. Bu zaman onlar da yanıq xəsarətləri alıblar.

Hər üç şəxs daha sonra xəstəxanaya aparılıb. Samir Quliyev aldığı xəsarətlərdən Bakıdakı Yanıq Mərkəzində vəfat edib. Onun atası və qardaşının müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir