Nazir müavini: “Əgər dərman aylarla gömrükdə qalırsa, bu, həqiqətən, ciddi problemdir”

Cəmiyyət


“Əgər dərman aylarla gömrükdə qalırsa, bu, həqiqətən, ciddi problemdir”.

“Report” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov parlamentin Səhiyyə komitəsinin bugünkü iclasında deyib.

O, ötən iclasda deputatlardan birinin gömrüklə əlaqədar qaldırdığı məsələyə və xaricdən gətirilmiş dərmanların aylarla gömrükdə qalması ilə bağlı fikirlərinə toxunub.

R.İsmayılov xatırladıb ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş dərman vasitələrinin ekspertizasının aparılması qaydaları mövcuddur. Həmin qaydalara görə, idxal olunan dərmanlar 20 günədək müayinə olunmalı və ölkəyə idxalına icazə verilməlidir.

Nazir müavini bu barədə Dövlət Gömrük Komitəsi ilə müzakirələr aparacağını vurğulayıb. O, həmçinin, dərmanların aylarla gömrükdə qalması ilə bağlı Səhiyyə Nazirliyində məlumat olmadığını qeyd edib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir