Dövlət Agentliyinin rəhbəri: “İcbari tibbi sığorta üzrə qiymətlər artırılacaq”

Cəmiyyət


“Azərbaycanda icbari tibbi sığorta çərçivəsində vətəndaşlara göstərilən xidmətlərin qiymətində dəyişiklik ediləcək”.

“Report” xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev jurnalistlərə açıqlamasında deyib.

O söyləyib ki, bu dəyişiklik əhaliyə təsir etməyəcək, çünki ödənişləri agentlik həyata keçirir.

“Səhiyyə sahəsində inflyasiya olur, qiymətlər artır. Bizim işlər daim təkmilləşdirilir, o cümlədən qiymətlərdə dəyişiklik olur. Yəni icbari tibbi sığorta çərçivəsində vətəndaşlara göstərilən xidmətlərin qiyməti artacaq. Amma bu, əhaliyə aid deyil, bizim görəcəyimiz işdir. Gərək tibb müəssisəsinə elə ödəniş edək ki, öz xərclərini rahat şəkildə qarşılaya bilsinlər”.

Z.Əliyev bildirib ki, xəstəxanalarda növbələrin tənzimlənməsi istiqamətində də işlər davam etdirilir:

“Bunun üçün mobil tətbiq də istifadəyə verilib. Gələcəkdə həkim qəbulunun vaxtı da mobil tətbiq vasitəsilə olacaq və növbə gözləməyə ehtiyac qalmayacaq”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir