Zəlzələdən sonra yol infrastrukturuna baxış keçirilir – RƏSMİ

Cəmiyyət


“Gecə saatlarında baş vermiş zəlzələdən sonra respublikanın yol infrastrukturuna baxış keçirilir”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, saat 00:01-də Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin zəlzələ bölgəsində yerləşən müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər:

“Agentliyin mütəxəssisləri tərəfindən gecəboyu yol infrastrukturuna baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb. 

Gün ərzində də yoxlamalar davam etdirilir. Bundan başqa, agentliyin balansında olan bütün körpü və yol ötürücülərinə, yeraltı və yerüstü keçidlərə, tunellərə nəzarət gücləndirilib”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir