Xəzərdə baş vermiş zəlzələ gəmilərin hərəkətinə necə təsir edib? – AÇIQLAMA

Cəmiyyət


4 iyul saat 00:01 radələrində Xəzər dənizində baş vermiş zəlzələ 5,5 bal gücündə zəlzələ baş verib.

Zəlzələ Xəzər dənizində hərəkət edən gəmilərin hərəkətinə necə təsir edib?

Məsələ ilə bağlı “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) “Trend”in sorğusuna cavab olaraq verilən məlumata görə, gəmilərinin hərəkətində heç bir problem yaranmayıb.

“Gəmilər adi qaydada fəaliyyətlərini davam etdirirlər”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, gecə saatlarında Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 4-5 bal, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir