Qaradağda zavoddan çıxan qara tüstü sakinlərə çətinlik yaradır – VİDEO

Cəmiyyət


Qaradağ rayonu Qobustan qəsəbəsinin sakinlər iddia edir ki, zavoddan çıxan qara tüstü ətrafı bürüyür və yaxınlıqda yaşayan ailələrin həyat şəraitini çətinləşdirir.

Xezerxeber.az xəbər verir ki, sakinlərin sözlərinə görə, bu vəziyyət bir neçə ildir bu şəkildə davam edir.

Sakinlər iddia edir ki, bir neçə müddət zavod filterlərdən istifadə etdiyi üçün ətrafda tüstü olmurdu. Lakin, sonradan vəziyyət yenə əvvəlki halına qayıdıb.

Qəsəbə sakinlərinin tələbi zavodun bağlanması deyil. Onlar sadəcə evlərinin üzərinə gələn tüstünün qarşısının hansısa yolla alınmasını tələb edirlər.

Məsələ ilə bağlı adı çəkilən zavoddan bildirilib ki, bura uzun illərdir fəaliyyət göstərir və qaydaya uyğun olaraq havanın kirlənməməsi üçün bir neçə toz tutan qurğudan istifadə edilir.

Lakin, bütün iş ağır metallarla aparıldığı üçün tüstü qaçılmazdır.

Həmçinin qeyd edilib ki, vətəndaşlar zavodun sanitar karantin zonasında qanunsuz olaraq məskunlaşıblar. Yəni əslində həmin ərazidə yaşayış evi inşa etmək olmaz.

Elə sakinlərin özləri də burada qanunsuz məskunlaşdıqlarını etiraf etdilər.

Daha ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir